16:38 25-05-2021
news_image
173
FUTBOL

Antalyada - millimiz

Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq görüşü üçün qardaş ölkəyə yollanıb.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri qarşıdakı matçın hazırlığını bu gündən Antalyada davam etdirəcək.

30 futbolçunun yer aldığı kollektivi Türkiyə Futbol Federasiyasının nümayəndələri Antalya Hava Limanında qarşılayaraq məskunlaşacağı otelə aparıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanyada keçiriləcək.