17:26 25-05-2021
news_image
115
FUTBOL

İki futbolçusu ilə vidalaşdı – “Sevilya”

İspaniyanın “Sevilya” klubu iki futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, qapıçı Tomaş Vaslik və yarımmüdafiəçi Franko Vaskes La Liqa təmsilçisindən ayrılıb.

Hər iki oyunçunun müqaviləsi başa çatıb. Tərəflər anlaşmanı uzatmamağa qərar verib.

Qeyd edək ki, 2018-ci ildən “Sevilya”da oynayan Vaslik 94 matça çıxıb. Vaskes isə 2016-cı ildən formasını geyindiyi klubda 198 qarşılaşmada 26 qol vurub.