17:56 25-05-2021
news_image
130
FUTBOL

“Yuventus”dan ayrılmaq istəyir – de Liqt peşmandır

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt komandadan ayrılmağı düşünür.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, gənc futbolçu Turin təmsilçisinə keçməyinə peşmandır.

“Qoca sinyora”nın heyətində özünü xoşbəxt hiss etməyən 21 yaşlı mərkəz müdafiəçisi yay fasiləsində başqa kluba keçməyi arzulayır. Niderland millisinin üzvü “Barselona”ya qoşulmaqda maraqlıdır, lakin bu, real görünmür. Kataloniya təmsilçisi də de Liqtin durumunu nəzarətdə saxlayır.

Qeyd edək ki, “Yuventus”a 2019-cu ildə 85,5 milyon avroya “Ayaks”dan keçən Mattiys de Liqt geridə qalan mövsüm A seriyasında 27 matçda iştirak edib.