17:41 25-05-2021
news_image
178
FUTBOL

“Qalatasaray” prezidentliyinə namizəd oldu – sabiq nazir

“Qalatasaray”da prezidentliyə namizədlərin sayı artır.

Apasport.az saytının məlumatına görə, daha bir nəfər “cim-bom”u idarə etməyə iddialıdır.

Keçmiş nəqliyyat naziri İbrahim Özdəmir yerli mətbuata “sarı-qırızmılılar”ın prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, digər namizədlərdən fərqli bu posta layiq görüləcəyi təqdirdə hazırkı baş məşqçi Fatih Terimlə yollarını ayıracağını bildirməyib. Özdəmir təcrübəli mütəxəssislə müzakirələr aparılacağını və onun təcrübəsindən faydalanacaqlarını söyləyib.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.