09:58 26-05-2021
news_image
87
FUTBOL

Azərbaycanla oyuna çağırıldı – Belarusdan

Türkiyə və Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Moldova yığmasına yeni futbolçu çağırılıb.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl 30 nəfərlik heyəti açıqlayan baş məşqçi Roberto Bordin siyahıya daha bir oyunçunu əlavə edib.

Bu, “Qomel”in yarımmüdafiəçisi İqor Kostrovdur. Bu il Belarus çempionatında 10 oyunda iştirak edən 34 yaşlı orta sahə oyunçusu qarşıdakı görüşlərdə baş məşqçinin sərəncamında olacaq.

Qeyd edək ki, Moldova yığması iyunun 3-də Türkiyə, 6-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək.