10:21 26-05-2021
news_image
297
FUTBOL

“Zaur Axundovla ata-oğul kimiyik, qalmağımı istədi” - Sezar Meza Kolli

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klub prezidenti Zaur Axundovla görüşüb.

Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı hücumameyilli futbolçu özü bildirib.

Paytaxt klubu ilə müqavilə müddəti başa çatan komandanın lideri Axundovdan yeni müqavilə təklifi aldığını deyib: “Zaur müəllimlə bu barədə görüşümüz oldu. Onunla münasibətim çox yaxşıdır. Ata-oğul kimiyik. Məndən “Keşlə”də qalmağımı istədi. Amma indi qazanılan kubokun dadını çıxarmaq istəyirəm. Gələcəklə bağlı qərarımı daha sonra sakit şəkildə verəcəyəm”.

Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”nin maraq dairəsindədir.