10:37 26-05-2021
news_image
75
FUTBOL

Çempionun düşərgəsində narazılıq – baş məşqçi gedir

İtaliyanın “İnter” klubunda baş məşqçi dəyişikliyə gerçəkləşə bilər.

Apasport.az saytının məlumatına görə, buna çalışdırıcı Antonio Konte ilə klub rəhbərliyi arasındakı fikir ayrılıqları səbəb olub.

Koronavirus pandemiyası ilə bağlı maliyyə çətinlikləri yaşayan Milan təmsilçisi bir sıra futbolçularını satmağa hazırlaşır. Xərcləri azaltmağa qərar verən rəhbərlik büdcəni də mövcud duruma uyğunlaşdırmaq istəyir.

“İnter”i A seriyasının çempionu edən Konte isə heyətin gücləndirilməsini istəyir. O, Avropada iddialı komanda qurmaq arzusundadır. Tərəflərin yaxın günlərdə qarşılıqlı razılıqla yollarını ayırması gözlənilir.

Qeyd edək ki, Konte 2019-cu ildən “İnter”i çalışdırır. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.