11:22 26-05-2021
news_image
76
FUTBOL

Yeni baş məşqçi müəyyənləşdi - “Valensiya”da

İspaniyanın “Valensiya” klubunun yeni baş məşqçisi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu postu “Xetafe”nin çalışdırıcısı Xose Bordales tutacaq.

O, yeni mövsümdən “yarasalar”a rəhbərlik edəcək. Valensiyanın eyniadlı təmsilçisi yeni baş məşqçisi ilə yaxın günlərdə müqavilə imzalayacaq.

57 yaşlı mütəxəssisin keçidi üçün “Xetafe” kompensasiya almayacaq. Bordales bu vəzifədə Voronu əvəzləyəcək. Sonuncu Xavyer Qarsiyanın gedişindən sonra müvəqqəti bu vəzifəsini icra edirdi.

Qeyd edək ki, La Liqanın son mövsümündə “Valensiya” 13-cü, “Xetafe” 15-ci yeri tutub.