11:41 26-05-2021
news_image
201
FUTBOL

Klubunu dəyişdi - Mehdi Cənnətov

“Zirə” heyətini gücləndirməkdə davam edir.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qəsəbə təmsilçisi ikinci transferini reallaşdırıb.

Rəşad Sadıqovun komandası “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovla anlaşıb. Milli komandamızın üzvü zirəlilərlə 2 illik müqavilə bağlayıb.

Bu, “Zirə”nin yay fasiləsində ikinci transferidir. Bakılılar dünən “Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadəni heyətinə qatıb.

Qeyd edək ki, 29 yaşlı Mehdi Cənnətov daha əvvəl Rusiyanın “Anji”, “Baltika”, ölkəmizdə isə “Sumqayıt”da çıxış edib.