12:10 26-05-2021
news_image
108
FUTBOL

Avropa Liqasını ən çox qazananlar – rekord astanasında

Avropa Liqasının (AL) bu gün keçiriləcək final matçı tarixi göstərici ilə yadda qala bilər.

Apasport.az saytının məlumatına görə, “Vilyarreal”ın baş məşqçisi Unay Emeri turnirin rekordçusu olmağa yaxındır.

Bunun üçün ispaniyalı mütəxəssisin komandası həlledici qarşılaşmada “Mançester Yunayted”ə qalib gəlməlidir. Bu baş verərsə, Emeri 1971/72 mövsümündən təşkil edilən və ilk adı UEFA Kuboku olan bu yarışın ən çox qalib gələn baş məşqçisinə çevriləcək.

Emeri hazırda rekorda şərikdir. AL-in kubokunu ən çox başı üzərinə qaldıran məşqçiləri bunlardır:

1-2. Covanni Trapattoni - 3 kubok
Unay Emeri – 3
3-7. Luis Molouni – 2
Xuande Ramos – 2
Rafael Benites – 2
Joze Mourinyo – 2
Dieqo Simeone - 2