14:57 26-05-2021
news_image
112
FUTBOL

Baş məşqçi ilə yeni müqavilə - "Sabah"da

Bakının “Sabah” klubu baş məşqçisi Ramin Quliyevlə yeni müqavilə bağlayıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

2019-cu ildən “Sabah”da çalışan Quliyev öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində çalışıb. Gənc mütəxəssis bu ilin martından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.

Qeyd edək ki, “Sabah” Quliyevin rəhbərliyi altında keçirdiyi 9 oyunda 11 xal toplayıb.