16:01 26-05-2021
news_image
87
FUTBOL

Bir mövsümlük müqavilə - bombardiri ilə

İtaliyanın “Sampdoriya” klubu futbolçusu Fabio Kvalyarella ilə müqaviləsini uzadıb.

Apasport.az saytının məlumatına görə, 39 yaşlı hücumçu ilə bir mövsümlük anlaşma imzalanıb.

Fabio 2022-ci ilin yayına qədər Genuya təmsilçisinin formasını geyinəcək. Yaxın günlərdə müqavilə imzalanması rəsmən açıqlanacaq.

Qeyd edək ki, Kvalyarella 2016-cı ildən “Sampdoriya”da çıxış edir. O, 89 qolla klub tarixinin A seriyasındakı ən yaxşı bombardiridir.