18:14 26-08-2008
news_image
381
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın üç şahmatçısı beynəlxalq usta normasını yerinə yetirib

Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Şahmat Federasiyası (FİDE) normativləri yerinə yetirən idmançıların adlarını dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, bu vəzifənin öhdəsindən gələnlər arasında Azərbaycanın 3 şahmatçısı da var. Belə ki, Orxan Abdulov, Nərmin Kazımova və Xəyalə İsgəndərova beynəlxalq usta normasını doldurublar. Təmsilçilərimiz qarşıdakı yarışlarda bu ad altında mübarizə aparacaqlar.