00:02 27-05-2021
news_image
121
FUTBOL

Türkiyə ilə 8-ci sınaq – STATİSTİKA

Azərbaycan milisi Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Alanyada baş tutacaq qarşılaşma qardaş ölkə təmsilçilərinin 8-ci dueli olacaq.

Bu iki komanda indiyədək 7 dəfə görüşüb. İlk belə matç 1996-cı ilə təsadüf edib. Bakıda ilk oyununa çıxan millimiz Türkiyə ilə dueldə 0:1 hesabı ilə uduzub.

Ümumiyyətlə ilk üç görüşdə qonşu ölkə təmsilçisi qalib gəlib. Yığmamız ilk dəfə 2006-cı ildə meydanı məğlubiyyətsiz tərk edib. Kayseridəki bərabərlik Azərbaycan və Türkiyə milliləri arasında yeganə heç-heçədir.

Yığmamızın qazandığı tək qələbə isə 2010-cu ilə təsadüf edib. Millimiz DÇ-2012-nin seçmə oyununda 1 qolla qalib gəlib.

Daha çox – 5 qələbəsi olan türkiyəlilər top fərqində də üstündür. 2 top vuran futbolçularımız 9 qol buraxıb. Yığmamız qol vurduğu görüşlərdə uduzmayıb. Bir sözlə bütün məğlubiyyətlər quru hesablı olub.

Əvvəlki 7 matçdan üçü yoldaşlıq, dördü seçmə xarakterli olub. Seçmə oyunlarında 1 qələbə və 3 məğlubiyyəti olan yığmamız 1 qol vurub və 5-ni buraxıb. Bir heç-heçə və iki yenilgi aldığımız yoxlama görüşlərində də top fərqi rəqibin xeyrinədir – 1-4.

Yoldaşlıq oyunu
9 aprel 1996. Bakı. YO. Azərbaycan – Türkiyə - 0:1
DÇ-2002-nin seçmə oyunları
11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
2 iyun 2001. İstanbul. DÇ. Türkiyə – Azərbaycan – 3:0
Yoldaşlıq oyunları
12 aprel 2006. Bakı. YO. Azərbaycan – Türkiyə - 1:1
2 iyun 2009. Kayseri. YO. Türkiyə - Azərbaycan – 2:0
AVRO-2012-nin seçmə oyunları
12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan – Türkiyə - 1:0
11 oktyabr 2011. İstanbul. AÇ. Türkiyə - Azərbaycan – 1:0