18:50 26-05-2021
news_image
165
FUTBOL

“Azərbaycanla matç öncəsi həyəcanlıyam” – Türkiyə millisinin futbolçusu

“Yığmada təcrübəli futbolçular bizə dəstək verirlər”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin futbolçusu Rıdvan Yılmaz deyib.

20 yaşlı sol cinah müdafiəçisi Azərbaycan yığmasına qarşı sabah keçiriləcək yoldaşlıq görüşü öncəsi yerli mətbuata açıqlamasında həyəcanlı olduğunu söyləyib: “Azərbaycanla oyun üçün həyəcanlıyam. İnşallah, bizim üçün gözəl toplanış olar. Oyun yaxınlaşdıqca həyəcanım daha da artır”.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı Alanyanın “Oba” stadionunda keçiriləcək.