19:57 26-05-2021
news_image
234
FUTBOL

Musa Qurbanlı yığmamıza qələbə qazandırdı – Ukrayna önündə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukrayna Futbol Federasiyasının Kiyevdə təşkil etdiyi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə qatılıb.

Apasport.az saytının məlumatına görə, komandamız bu gün turnirin ilk matçına çıxıb.

Baş məşqçi Milan Obradoviç yetirmələrini meydan sahibi Ukraynaya qarşı görüşdə sınayıb. Qarşılaşmanın taleyini 1 qol həll edib. Musa Qurbanlının 17-ci dəqiqədə vurduğu yeganə top millimizə 1:0 hesablı qələbə qazandırıb.

Yığmamız növbəti görüşünü mayın 27-də Özbəkistana qarşı keçirəcək.