23:19 26-05-2021
news_image
143
FUTBOL

“Azərbaycan qələbə qazanmağı daha çox istəyirdi” – Ruslan Rotan

“Hesabı şərh etməlik deyilik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın U-21 yığmasının baş məşqçisi Ruslan Rotan deyib.

O, Valeri Lobanovskinin xatirəsinə həsr olunun turnirin Azərbaycan yığması ilə görüşünə şərh verib: “Azərbaycan yığması qələbə qazanmağı daha çox istəyirdi. Təəssüf ki, öz komandamda ən vacib olanları - oyun strukturunu, topa nəzarəti görmədim. Bunların hamısını yadırğamışıq. Buna müəyyən izahlar var. İkihəftəlik istirahətdən sonra yaxşı durumda olmaq mümkün deyil. Öz oyun üslubumuzu görmək istəyirəm. Əlbəttə, imkanlarımız oldu. Amma güclülərin bəxti gətirir. Heç vaxt əlimizi yanımıza salmamalıyıq. Mübarizə aparacağıq, bizə qalib gəlmək lazımdır. İndi zədələnən Oleq Oçeretko üçün narahatıq. Bildiyimə görə onda sınıq aşkarlanıb. Bu, günün ən böyük üzüntüsüdür”.

Qeyd edək ki, Azərbaycan yığması Ukraynaya 1:0 hesabı ilə qalib gəlib.