01:32 27-05-2021
news_image
154
FUTBOL

18 ildən sonra – Super Liqada

Türkiyə Super Liqasında 2021/22 mövsümünün son iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Altay” 18 ildən sonra güclülər sırasına qayıdıb.

Mustafa Dənizlinin yetirmələri 1-ci liqadan Super Liqaya yüksəlmək uğrunda pley-offun finalında “Altınordu” ilə görüşüb. 1:0 hesablı qələbə İzmir təmsilçisini yüksək dəstəyə daşıyıb.

Qeyd edək ki, 1-ci liqada ilk iki yeri tutan “Adana Dəmirspor”la “Giresunspor” Super Liqaya birbaşa vəsiqə qazanıb.