02:03 27-05-2021
news_image
172
FUTBOL

Avropa Liqasının tarixinə düşdü - Unay Emeri

İspaniyalı mütəxəssis Unay Emeri Avropa Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı turnirin ən çox qalibi olan baş məşqçi adına yiyələnib.

2013/14, 2014/15 və 2015/16 mövsümlərində “Sevilya”nı titula daşıyan Emeri bu dəfə “Vilyarreal”la qalib olub. Bununla da ispaniyalı yarışın tarixinə 4 qat qalib olan ilk məşqçi kimi düşüb.

O, üç uğuru olan Covanni Trapattonini arxada qoyub. İtaliyalı 1976/77 və 1992/93 mövsümlərində  “Yuventus”la, 1990/91 mövsümündə “İnter”lə uğur əldə edib.