09:53 27-05-2021
news_image
83
FUTBOL

İspaniya klubları ilə bacarmır – ingilislər

Avropa Liqasının finalında “Mançester Yunayted” üzərində qələbə qazanan “Vilyarreal” uğurlu seriyanı davam etdirib.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçiləri avrokubokların həlledici matçlarında İngiltərə klublarını üstələməkdə davam edib.

İspanlar UEFA Superkuboku da daxil olmaqla, avrokubokların finallarında ardıcıl 10-cu dəfə İngiltərə klublarını məğlub edib. “Mankunianlar” isə bu dövr ərzində 4-cü finalında ispanlara yenilib. “Qırmızı şeytanlar” daha əvvəl Çempionlar Liqasında “Barselona”ya (2009, 2011) və UEFA Superkubokunda “Real”a (2017) uduzub.

Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşdə “Vilyarreal” penaltilər seriyası ilə “Mançester Yunayted”i (11:10) məğlub edib.