10:31 27-05-2021
news_image
126
FUTBOL

Yeni müqavilə - “Sabah”da

“Sabah”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Zurab Oçiqava komandada saxlanılıb.

Ukraynalı futbolçu başa çatan müqavilə müddətini daha 1 illik yeniləyib. 26 yaşlı mərkəz müdafiəçisi bu ilin fevralında komandaya qoşulub. O, “Sabah”ın heyətində 10 matçda iştirak edib.

Qeyd edək ki, Təmkin Xəlilzadə ilə yollarını ayıran “Sabah” baş məşqçi Ramin Quliyev və qapıçı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.