11:57 27-05-2021
news_image
156
FUTBOL

Yeni transfer – “Sabah”dan

“Sabah” yay fasiləsinin ilk transferini reallaşdırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov paytaxt klubuna qoşulub.

Azərbaycan millisinin üzvü yeni mövsümdən “Sabah”ın uğurları üçün çalışacaq. 26 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə”də (2019-2021) çıxış edib.

Qeyd edək ki, yay fasiləsində Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete və Kevin Kubemba ilə yollarını ayıran “Sabah” Saşa Stamenkoviç, Zurab Oçiqava, həmçinin baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.