10:31 27-08-2008
news_image
430
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyada keçirilən beynəlxalq turnirdə uğursuzluğa düçar olub

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq turnirində mükafatçılar sırasına düşmək şansını itirib. “APA-Sport” agentliyinin məlumatına görə, buna 23 yaşlı qrossmeysterimizin ardıcıl üçüncü oyunda məğlubiyyətlə üzləşməsi səbəb olub. Ş. Məmmədyarov VIII tur çərçivəsində yarışın autsayderi Aleksey Şirova (İspaniya) uduzub. Digər görüşlərdə Vladimir Kramnik (Rusiya) həmyerlisi Yevgeni Alekseyevə, Qata Kamski (ABŞ) isə Aleksandr Morozeviçə (Rusiya) qalib gəlib. Ruslan Ponomaryov (Ukrayna) - Vasili İvançuk (Ukrayna) və Peter Leko (Macarıstan) - Boris Qelfand (İsrail) oyunlarında heç-heçə qeydə alınıb. Bu nəticələrdən sonra V. İvançuk 5,5 xalla zirvədəki mövqeyin qoruyub. Hesabında cəmi 3 xal olan Ş. Məmmədyarov 9-cu pillədə yer alıb. Turnirə bu gün keçiriləcək oyunlarla yekun vurulacaq: Q. Kamski - R. Ponomaryov, V. İvançuk - A.Şirov, B. Qelfand - A. Morozeviç, V.İvançuk - A. Şirov, Ş. Məmmədyarov - V. Kramnik, Y. Alekseyev - P. Leko.
Qeyd edək ki, 29-30 avqustda 18 şahmatçının iştirakı ilə blits-turnir keçiriləcək.