13:21 27-05-2021
news_image
314
AVRO-2020

Ronaldo da gəlir - Stoykoviç, Hacı və Rositski gözləmədə

Avropa çempionatlarının ən uzunömürlüləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) final mərhələlərindəki ilk və son matçı arasında ən böyük müddət olan 4 futbolçunu müəyyənləşdirib.

Mütləq rekord Lotar Matteusa məxsusdur. Qarşıdakı Avropa çempionatında ikinci yerin sahibi dəyişə bilər. AVRO-2004-ün iştirakçısı olan Kriştiano Ronaldo 17 ildən sonra meydana çıxmaq şansına malikdir.

Lotar Matteus (Almaniya) – 20 il 6 gün
Onun qitə çempionatının final mərhələsindəki debütü AVRO-1980-ya təsadüf edib. O, 2000-ci ildə də yarışda iştirak etmək imkanı qazanıb. 

Draqan Stoykoviç (Yuqoslaviya) – 16 il 12 gün
Matteus kimi son matçı AVRO-2000-ə təsadüf edib. Lakin onun ilk oyunu AVRO-1984-də baş tutub.

Georgi Hacı (Rumıniya) – 16 il 10 gün
Onun da qitə çempionatı karyerası Stoykoviçlə paralel davam edib. AVRO-1984-ün iştirakçısı 2000-ci ildə də yarışa qatılıb.

Tomaş Rositski (Çexiya) – 16 il 6 gün
İlk “üçlüy” üçün sonundu olan AVRO-2000 çexiyalı üçün debütlə yadda qalıb. O, 16 il sonrakı turnirdə də şans qazanıb.