15:16 30-05-2021
news_image
1168
FUTBOL

“Qarabağ” Haliloviçlə maraqlanır – YALNIZ BİZDƏ

Premyer Liqada mövsümü ikinci pillədə bitirərək Konfrans Liqasına vəsiqə qazanan “Qarabağ” yeni müqavilələrlə yanaşı, transfer çalışmalarını da davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, daha bir futbolçu Ağdam təmsilçisinin maraq dairəsinə düşüb.

Niderland “bazar”ında fəallıq nümayiş etdirən vitse-çempion “Herenven”in yarımmüdafiəçisi Tibor Haliloviçi heyətinə qata bilər. Ağdam təmsilçisi xorvatiyalı orta sahə oyunçusunu icarəyə götürmək variantını nəzərdən keçirir.

26 yaşlı Haliloviçin birdəfəlik transfer edilməsi indiki durumda real görünmür. Çünki bu ilin əvvəlində “Riyeka”dan “Herenven”ə keçən futbolçunun Erediviziya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, “Qarabağ” APOEL-in futbolçusu Qayas Zahid və “Emmen”in üzvü Qlenn Biyllə də maraqlanır.