16:31 27-05-2021
news_image
2689
FUTBOL

Musa Qurbanlının karyerası ilə bağlı qərar – Qurban Qurbanovdan

Azərbaycan yığmasının hücumçusu Musa Qurbanlının durumu bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, gənc hücumçu müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıdacaq.

Ötən mövsümün ikinci dövrəsini icarə əsasında “Zirə”də keçirən 19 yaşlı forvard paytaxt klubunu tərk edib. Hazırda 19 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsində olan Qurbanov yeni mövsümün təlim-məşq toplanışına “Qarabağ”la başlayacaq.

O, növbəti mövsüm atası Qurban Qurbanovun sərəncamında olacaq. Təcrübəli mütəxəssis oğlunu komandaya qaytarmaq qərarına gəlib.

Qeyd edək ki, mövsümün ilk yarısında “Qarabağ”ın heyətində Premyer Liqada 5 oyunda 1 qol vuran Musa Qurbanlı bu ilin əvvəlindən formasını geyindiyi “Zirə”də 9 matçda iştirak edib, 1 dəfə fərqlənib.