14:23 30-05-2021
news_image
489
AVRO-2020

Ən dəyərli və “qoca” komanda Bakıya gəlmir – AVRO-2020

AVRO-2020-nin A qrupunun ən dəyərli və ən gənc komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, oyunlarının Roma və Bakıda baş tutacağı qrup iştirakçılarından İtaliya ən “qoca” yığma sayılır.

Qrup matçlarını Romada keçirəcək “Skuadra Adzurra”nın oyunçularının orta yaş həddi 27,3-dür. Qrupun ən gənc komandası Uels sayılır – 25,4 yaş. Türkiyə yığmasında futbolçuların orta yaş həddi 25,4-dırsa, İsveçrədə bu rəqəm 26,5-ə bərabərdir.

A qrupunun ən dəyərlisi isə təbii ki, İtaliya millisidir. Roberto Mançininin yetirmələrinin ümumi transfer qiyməti 919 milyon avrodur. Maraqlıdır ki, digər 3 yığmanın ümumi dəyəri İtaliyadan aşağıdır. Türkiyədə oyunçuların qiyməti 335,6 milyon, İsveçrədə 303,6 milyon, Uelsdə isə 186,8 milyon avro kimi göstərilib.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçı iyunun 11-də Romada İtaliya ilə Türkiyə arasında keçiriləcək. İyunun 12-də Uels – İsveçrə, 16-da Türkiyə - Uels, 20-də isə İsveçrə - Türkiyə görüşü Bakıda oynanılacaq.