16:57 27-05-2021
news_image
144
FUTBOL

Daha 2 ayrılıq - “Zirə”də

“Zirə" daha 2 futbolçu ilə yollarını ayırıb. 

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Rodriqo Bonqonqui və Mateus Albino ilə vidalaşıb.

Hər iki futbolçu ilə klub arasında imzalanmış müqavilə başa çatıb. Onlarla anlaşma uzadılmayıb.

Qeyd edək ki, qəsəbə təmsilçisi bunadək Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk və Elvin Camalovla vidalaşıb.