21:45 28-05-2021
news_image
137
FUTBOL

Çempionlar Liqasının bütün qalibləri – 22 klub

Sabah Çempionlar Liqasında 2020/21 mövsümünün final matçı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Porto şəhərində baş tutacaq görüşdə “Çelsi” tarixində ikinci dəfə kuboku muzeyinə aparmağa çalışacaqsa, “Mançester Siti” ilk dəfə finala yüksəldiyi turnirin qalibi olmaq arzusundadır.

1955/56 mövsümündə birinci dəfə Çempionlar Kuboku adı altında təşkil olunan, hazırda isə Çempionlar Liqası kimi tanınan Avropanın bir nömrəli turnirini indiyə qədər 22 fərqli klub qazanıb.

Bu yazıda turnirin qalibi olan komandaları, kuboku qazandıqları və finalda məğlub olduqları illəri xatırlayacağıq.

1. “Real” - 13 çempionluq
Çempion olduğu illər:
1566, 1957, 1958, 1959, 1960, 1966, 1998, 2000, 2002, 2014, 2016, 2017, 2018
Finalda uduzduğu illər: 1962, 1964, 1981

2. “Milan” – 7
Çempion olduğu illər:
1963, 1969, 1989, 1990, 1994, 2003, 2007
Finalda uduzduğu illər: 1958, 1993, 1995, 2005

3-4. “Bavariya” – 6
Çempion olduğu illər:
1974, 1975, 1976, 2001, 2013, 2020
Finalda uduzduğu illər: 1982, 1987, 1999, 2010, 2012

“Liverpul” – 6
Çempion olduğu illər:
1977, 1978, 1981, 1984, 2005, 2019
Finalda uduzduğu illər: 1985, 2007, 2018

5. “Barselona” - 5
Çempion olduğu illər:
1992, 2006, 2009, 2011, 2015
Finalda uduzduğu illər: 1961, 1986, 1994

6. “Ayaks” – 4
Çempion olduğu illər:
1971, 1972, 1973, 1995
Finalda uduzduğu illər: 1969, 1996

7-8. “Mançester Yunayted” – 3
Çempion olduğu illər:
1968, 1999, 2008
Finalda uduzduğu illər: 2009, 2011

“İnter” – 3
Çempion olduğu illər:
1964, 1965, 2010
Finalda uduzduğu illər: 1967, 1972

9-12. Yuventus” - 2
Çempion olduğu illər:
1985, 1996
Finalda uduzduğu illər: 1973, 1983, 1997, 1998, 2003, 2015, 2017

“Benfika” – 2
Çempion olduğu illər:
1961, 1962
Finalda uduzduğu illər: 1963, 1965, 1968, 1988, 1990

“Nottingem Forest” - 2
Çempion olduğu illər:
1979, 1980

“Porto” – 2
Çempion olduğu illər:
1987, 2004

13-22. “Seltik” – 1
Çempion olduğu il:
1967
Finalda uduzduğu il: 1970

“Hamburq” – 1
Çempion olduğu il:
1983
Finalda uduzduğu il: 1980

“Styaua” – 1
Çempion olduğu il:
1986
Finalda uduzduğu il: 1989

“Marsel – 1
Çempion olduğu il:
1993
Finalda uduzduğu il: 1991

“Borussiya” (Dortmund) – 1
Çempion olduğu il:
1997
Finalda uduzduğu il: 2013

“Çelsi” – 1
Çempion olduğu il:
2012
Finalda uduzduğu il: 2008

“Feyenoord” – 1
Çempion olduğu il:
1970

“Aston Villa” - 1
Çempion olduğu il:
1982

PSV – 1
Çempion olduğu il:
1988

“Srvena Zvezda” – 1
Çempion olduğu il:
1991