18:00 27-05-2021
news_image
222
FUTBOL

“Bizim çocuklar size emanet, qardaş” – Alanyada banner asıldı

AVRO-2020-yə hazırlaşan Türkiyə yığması ilk yoldaşlıq görüşünü bu gün Azərbaycan millisinə qarşı keçirəcək.

Apasport.az saytının məlumatına görə, qarşılaşma öncəsi matçın keçiriləcəyi Alanya şəhərində çox sayda bannerlər asılıb.

Görüşün təşkil olunacağı stadionun hasarına “Börüler” fan-klubu maraqlı pankartlar yerləşdirib. Orada “Bizim çocuklar size emanet, qardaş” yazılıb. Alanya bələdiyyə sədri Adəm Murat Yücelin arena yaxınlığındakı divara qoydurduğu bannerdə isə iki ölkə bayrağının şəkil yerləşdirilib və onların ortasında Azərbaycan dilində “Evinizə xoş gəlmişsiniz” yazısı qeyd olunub.

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.