19:40 27-05-2021
news_image
93
FUTBOL

Türkiyəyə getdi – AFFA prezidenti

AFFA prezidenti Rövnəq Abdullayev Türkiyəyə yollanıb.

Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Azərbaycan millisinin ev sahibləri ilə keçirəcəyi yoldaşlıq görüşünü izləməkdir.

Qurum rəhbəri bu gün Alanyadakı "Oba" stadionunda baş tutacaq matçı izləyəcək.

Qeyd edək ki, Türkiyə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 21:00-da başlayacaq.