19:52 27-05-2021
news_image
132
FUTBOL

Özbəkistana uduzdu - millimiz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukrayna Futbol Federasiyasının Kiyevdə təşkil etdiyi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, komandamız bununla turnirdəki çıxışını başa vurub.

Baş məşqçi Milan Obradoviçin yetirmələri Özbəkistanla qarşılaşıb. Budəfəki görüşün də taleyini 1 qol həll edib. Jasurbek Jaloliddinovun 75-ci dəqiqədə vurduğu yeganə qola qarşılıq verə bilməyən millimiz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-21 yığmamız dünən ilk görüşündə meydan sahibi Ukrayna üzərində 1:0 hesablı qələbə qazanıb.