21:16 27-05-2021
news_image
122
FUTBOL

Baş məşqçisinə çatdı – Medvedev 7-ci yerə şərik oldu

Türkiyə ilə keçirilən yoldaşlıq görüşü Azərbaycan millisinin kapitanı üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Alanyadakı qarşılaşmada start heyətində meydana çıxan müdafiəçi 68-ci dəfə yığmanın formasını geyinib.

Bununla Medvedev Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçuların siyahısında 7-ci yerə şərik olub. Kapitan “Qarabağ”dakı baş məşqçisi Qurban Qurbanova çataraq, onunla eyni göstəriciyə malikdir.

Qeyd edək ki, Azərbaycan millisinin mütləq rekordçusu 111 oyunla “Zirə”nin hazırkı baş məşqçisi Rəşad Sadıqovdur.