22:16 27-05-2021
news_image
98
FUTBOL

Şenol Günəşdən hədiyyə - Canni de Byaziyə

Alanyada Türkiyə ilə Azərbaycan arasında keçirilən yoldaşlıq görüşündən əvvəl dostluq münasibətləri davam edib.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Şenol Günəş qarşılaşmadan əvvəl yığmamızdakı həmkarı Canni de Byaziyə maraqlı hədiyyə təqdim edib.

Türkiyə millisinin futbolçularının imza atdığı “ay-ulduzlu” forma italiyalı mütəxəssisə hədiyyə edilib. Millimiz də bunu qarşılıqsız qoymayıb. De Byazi üzərində Azərbaycan bayrağı olan və arxasında Şenol Güneş yazılan 1 nömrəli formanı həmkarına verib.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda türkiyəlilər 2:1 hesabı ilə öndədir.