22:30 27-05-2021
news_image
103
FUTBOL

2-ci debütant - yığmamızda

Azərbaycan millisində yeni futbolçunun debütü gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Türkiyə ilə Alanyadakı yoldaşlıq görüşündə Toral Bayramov yığmada ilk oyununa çıxıb.

Matçın 72-ci dəqiqəsində mübarizəyə qoşulan gənc yarımmüdafiəçi milli tarixinin 252-ci futbolçusu olub. Ona qədər bu gün Murad Xaçayev start heyətində meydana çıxmaqla debütünü reallaşdırıb.

Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçirilən oyunda Türkiyə yığması 2:1 hesabı ilə öndədir.