23:12 27-05-2021
news_image
106
FUTBOL

“Azərbaycanla oynasaq belə, qalib gəlmək gözəl idi” - Kərəm Aktürk

“Çox həyəcanlı idim. Alanyada azarkeşlər önündə oynamaq da uzun fasilədən sonra çətin idi”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin futbolçusu Kərəm Aktürk Azərbaycanla keçirilən yoldaşlıq görüşü barədə danışarkən deyib.

Aktürk Alanyada 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra təəssüratlarını bölüşüb: “Azərbaycanla oynasaq belə, qalib gəlmək gözəl idi. Yüksək tempdə mübarizə oldu. Fikrimcə, yaxşı oyun keçdi. Hər iki komandanı təbrik edirəm”.