23:25 27-05-2021
news_image
71
FUTBOL

Nihat Özdemirlə görüşdü - Rövnəq Abdullayev

Bu gün Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib. 

Apasport.az saytının məlumatına görə, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.