22:38 28-05-2021
news_image
384
TOP OYUNLARI

Millimiz İspaniya ilə bacarmadı – YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqası start götürüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk oyununu keçirib.

A qrupunda yer alan millimiz ilk matçında İspaniya ilə qarşılaşıb. Görüş birinci dövrəyə ev sahibliyi edən Rumıniyada keçirilib. Vüqar Əliyevin yetirmələri Klujdakı “Horia Demian” idman zalında məğlubiyyətə üzülüb. Rəqib "quru hesabla" qələbə qazanıb.

Qeyd edək ki, qrupun digər oyununda Rumıniya Fransaya 3:2 (17:25, 23:25, 26:24, 26:24, 15:11) hesabı ilə qalib gəlib.

I tur, 28 may
20:00. İspaniya – Azərbaycan - 3:0 (25:22, 25:22, 25:12)
Hakimlər:
Pol Katalin Sabo-Aleksi (Rumıniya), Peter Sabo (Macarıstan)
Kluj. “Horia Demian” idman zalı