13:00 28-05-2021
news_image
129
FUTBOL

Dördüncü “4” – məğlubiyyətlər sıralanır

2021-ci il Azərbaycan millisi üçün uğursuz başlayıb.

Apasport.az saytının məlumatına görə, yığmamız il ərzində keçirdiyi bütün oyunlarda uduzub.

Portuqaliyaya 0:1, Qətər, Serbiya və Türkiyəyə eyni – 1:2 hesabı ilə uduzan millinin məğlubiyyət seriyası 4-ə çatıb. Yığmamız tarixində 4-cü dəfə ilin ilk 4 oyununda uduzur.

Sonuncu belə hadisə 2011-ci ildə yaşanıb. Həmin vaxt yığma Macarıstana 0:2, Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3 hesabı ilə uduzub.

Digər iki uğursuzluq isə 1994 və 1995-ci illərə təsadüf edib. Həmin illərdə milli ilk 4 qarşılaşmada məğlubiyyətləri sıralayıb.