14:34 28-05-2021
news_image
198
FUTBOL

Sevincdən özünü kanala atdı – klub prezidenti

İtaliyanın “Venetsiya” klubunun prezidenti Dunkan Niderauer özünü kanala atıb.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri bu yolla komandasının A seriyasına yüksəlməsini qeyd edib.

Venetsiyanın eyniadlı təmsilçisi 20 ildən sonra bu hüquqa yiyələnib. Komanda pley-offun finalında “Çittadella”nı iki oyunun yekununda üstələyib.

A seriyasına qayıdışı bayram edən azarkeşlər şəhərin kanallarına atılmaqla sevinclərini göstərib. Klubun amerikalı prezidenti də onlara qoşularaq kanala atılıb.