16:31 28-05-2021
news_image
180
FUTBOL

Paytaxt klubunda münaqişə - baş məşqçi yol üstdədir

Fransanın PSJ klubunda münaqişə yaranıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Maurisio Poçettino ilə idman direktoru Leonardo arasında ciddi narazılıqlar baş qaldırıb.

Məhz bu amil argentinalının istefa vermək istəyinə səbəb olub. Çalışdırıcı braziliyalı ilə problem üzündən paytaxt klubunu tərk etmək fikrinə düşüb.

Poçettinonun sələfi Tomas Tuxel də eyni səbəbdən PSJ-dən ayrılmışdı. Onlar hətta uzun müddət bir-biri ilə danışmayıb.