23:03 28-05-2021
news_image
4607
FUTBOL

Avrokuboklarda səfər qolunu ləğv etdi – UEFA-nın komitəsi

UEFA-nın klub yarışları üzrə komitəsi avrokuboklarda səfər qolu prinsipinin ləğvi barədə qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar komitənin Çempionlar Liqasının finalı ərəfəsindəki iclasında verilib.

Lakin bu qərarın qüvvəyə minməsi üçün İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir.

Klub yarışları üzrə komitənin iclası Portuqaliyanın Porto şəhərində keçirilib. Yığıncaqda qəbul olunan qərar klublar tərəfindən də dəstəklənib.

Öncədən yalnız əlavə vaxtda səfər qolunun üstünlük verməsinin ləğvi gözlənilirdi. 90 dəqiqədə daha çox səfər qolu vuran komanda üstünlük qazanmalı idi. Lakin komitə bu prinsipin ümumiyyətlə ləğvini lazım sayıb.

Qeyd edək ki, hazırda mövcud olan qərara əsasən səfər oyununda daha çox qol vuran komanda mərhələ adlayır.