00:33 29-05-2021
news_image
107
FUTBOL

55 milyonluq yarımmüdafiəçi – “Yuventus”un hədəfində

“Yuventus”un yeni baş məşqçisi Massimiliano Alleqrinin komandasında görmək istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya nəhəngi İspaniya “Atletiko”sunun yarımmüdafiəçisi Saulu transfer edə bilər.

A seriyası təmsilçisi 26 yaşlı oyunçunu bu yay heyətinə qatmaq niyyətindədir. Saulun transfer qiyməti 55 milyon avro təşkil edir.

Qeyd edək ki, ispaniyalının xidmətində “Bavariya” və “Mançester Yunayted” klubları da maraqlıdır.