01:10 29-05-2021
news_image
480
FUTBOL

Ronaldoya təklif - Mourinyodan

İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyo komandasında görmək istədiyi ulduz futbolçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis həmyerlisi Kriştiano Ronaldonu Romanın eyniadlı təmsilçisinə dəvət etmək fikrindədir.

Mourinyo bu keçidin yayda baş tutmasını istəyir. Bu transferə “Yuventus”un ulduz hücumçusunu yüksək maaşı mane ola bilər. Çünki Ronaldo ildə 31 milyon avro qazanır.

Mütəxəssis artıq Kriştianoya klubunu dəyişməyi də təklif edib. Futbolçuya zəng edən çalışdırıcı onun “Yuventus”da gedişi barədə şayiələri müzakirə edib və gələcək planları ilə də maraqlanıb.

Qeyd edək ki, 36 yaşlı forvard “Real”da Mourinyonun rəhbərliyi altında oynayıb.