23:14 28-05-2021
news_image
176
FUTBOL

De Xeanı göndərir – Oblaka görə

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı David de Xea ilə vidalaşmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi ispaniyalı qapıçının əvəzinə “Atletiko”dan Yan Oblakı transfer etməyə qərar verib.

Mançesterlilər alqı-satqı çərçivəsində de Xeanın Madrid klubuna keçidinə razıdır. Oblakın transfer qiyməti 70 milyon funt sterlinq təşkil edir. Amma Davidin keçidi bu qiyməti aşağı sala bilər.

Qeyd edək ki, sloveniyalı qapıçı başa çatan mövsümdə “Atletiko” ilə İspaniya çempionu olub.