19:27 29-05-2021
news_image
883
TOP OYUNLARI

Millimiz yenə məğlub oldu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II turun oyunları keçirilir. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk dövrəyə ev sahibliyi edən Rumıniya ilə üz-üzə gəlib. 

I turda İspaniyaya 0:3 hesabı ilə uduzan komandamız bu dəfə də meydandan xalsız ayrılıb. Uğursuzluqla üzləşən voleybolçularımız 3 hissədə cəmi 38 xal toplayıblar. Nəticədə 2 turdan sonra millimiz nə set, nə xal yığa bilib.

Qrupumuzun digər görüşündə isə Fransa və İspaniya üz-üzə gələcək. 

Qeyd edək ki, ilk turdan sonra İspaniya 3 xalla qrup lideridir. Rumıniya 2, Fransa 1 xala malikdir. Millimiz isə xalsızdır. 

II tur, 29 may
18:00. Azərbaycan - Rumıniya - 0:3 (14:25, 13:25, 11:25)
Hakimlər:
İlian Georgiyev (Bolqarıstan), Predraq Balandiç (Serbiya)
Kluj. “Horia Demian” idman zalı