10:04 29-05-2021
news_image
51
FUTBOL

Koronavirus aşkarlandı – millinin futbolçusunda

Kolumbiya millisində bir futbolçu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, Kolumbiya Futbol Federasiyasının yaydığı məlumata görə, hücumçu Alfredo Morelosun testi pozitiv çıxıb.

Onunla yanaşı, millinin nümayəndələrindən birinin də virusa yoluxduğu bildirilib. Hər iki şəxs təhlükəsizlik protokoluna uyğun olaraq təcrid olunub. 

Qeyd edək ki, Kolumbiya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də Peru, 8-də isə Argentina ilə qarşılaşacaq.