13:13 29-05-2021
news_image
53
FUTBOL

İngilis qolçuları – ÇL tarixinin

Bu gün baş tutacaq Çempionlar Liqasının (ÇL) final oyununda daha bir uğursuz seriyaya son qoyula bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün “Mançester Siti” ilə “Çelsi” arasında baş tutacaq həlledici qarşılaşmada yerli futbolçulardan biri fərqlənməlidir.

Ümumiyyətlə, ÇL tarixində indiyə qədər yalnız 6 ingilis futbolçu final görüşündə qol vurub. Həmin oyunçularla sizi tanış edirik.

1. Teddi Şeringem
1998/99 mövsümünün unudulmaz finalında “Mançester Yunayted” “Bavariya”nı 2:1 hesabı ilə məğlub etdi. 90+3-cü dəqiqədə səhnəyə çıxan Şeringem kuboku ingilis klubuna qazandırıb.

2. Stiv Makmanaman
1999/2000 mövsümünün həlledici görüşündə “Real” “Valensiya”nı 3 cavabsız topla üstələdi. “Kral klubu”nun ikinci qolunun müəllifi Makmanaman oldu.

3. Stiven Cerrard
2004/05 mövsümünün İstanbulda keçirilən unudulmaz finalında “Liverpul” “Milan”ı penaltilər seriyasında məğlub etdi. Fasiləyə qədər “rossonyerlər” 3:0 hesabı ilə öndə olsalar da, ikinci hissədə məhz Cerrard həm komandasını ümidləndirən, həm də qələbənin təməlini qoyan qolun müəllifi oldu.

4. Sol Kempbell
2005/06 mövsümündə “Barselona” “Arsenal”ı 2:1 hesabı ilə üstələyərək kuboku qazandı. Halbuki Kempbell birinci hissədə hesabı açaraq “topçular”ı ümidləndirmişdi.

5. Frenk Lempard
2007/08 mövsümünün həlledici qarşılaşmasında “Çelsi” penaltilər seriyasında “Mançester Yunayted”ə uduzdu. Oyunu əlavə vaxta daşıyan qola məhz Lempard imza atdı.

6. Ueyn Runi
2010/11 mövsümündəki finalda “Mançester Yunayted” “Barselona”ya 1:3 hesabı ilə məğlub oldu. “Qırmızı şeytanlar”ın təsəlli topunun müəllifi Runi oldu.