11:55 29-05-2021
news_image
171
FUTBOL

Həm “Mançester Siti”, həm “Çelsi”də oynayanlar - ADLAR

Bu gün Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşəcək.

Apasport.az saytının məlumatına görə, “Mançester Siti” ilə “Çelsi” Portodakı həlledici qarşılaşmada üz-üzə gələcək.

“Şəhərlilər” qətərli, “zadəganlar” isə rusiyalı biznesmenlərin yatırımı sayəsində 2000-ci illərdən nəhəng kluba çevrilib. Maraqlıdır ki, hər iki klubda oynamış futbolçu sayı kifayət qədər azdır.

Aparılan araşdırma nəticəsində ümumilikdə 10 oyunçunun karyerası ərzində həm “Mançester Siti”, həm də “Çelsi”də oynadığı müəyyənləşib. Onlardan biri də “Çelsi” əfsanəsi Frenk Lemparddır.

Həmin 10 oyunçu bunlardır:
Corc Vea
Şon Rayt-Fillips
Terri Felan
Skott Sinkleyr
Devid Rokastl
Ueyn Bric
Tal Ben Haim
Daniel Starric
Nikolya Anelka
Frenk Lempard