12:08 29-05-2021
news_image
4253
FUTBOL

Mahir Emreliyə yeni təklif – Super Liqa çempionu istəyir

Polşa çempionu “Legiya” ilə ilkin razılıq əldə edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli qərarını dəyişə bilər.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Beşiktaş” “Qarabağ”ın forvardının keçidində maraqlıdır.

Geridə qalan mövsüm həm Super Liqanın, həm də Türkiyə klubunun qalibi olan İstanbul təmsilçisi 24 yaşlı oyunçunu heyətinə qatmağa çalışır. Məlumatda bildirilir ki, “ağ-qaralar”ın baş məşqçisi Sərgən Yalçının şəxsən özü Mahiri sərəncamında görmək üçün rəhbərliyə müraciət edib.

Futbolçunun qolçuluq bacarığı və avrokubok təcrübəsinin olması çalışdırıcının diqqətini çəkib. Emrelinin “Qarabağ”la müqavilə müddətinin gələn ayın sonuna qədər olması türkiyəliləri daha da həvəsləndirir. Məşqçilər korpusu skautların bir müddətdir izlədiyi millimizin hücumçusunun komandaya xeyir verəcəyini düşünür.

Yeganə problem Mahirin “Legiya” ilə böyük ölçüdə anlaşmasıdır. Ancaq “Beşiktaş”ın daha cəlbedici təklifi onun fikrini dəyişə bilər.

Qeyd edək ki, Mahir Emreli 2020/21 mövsümündə Premyer Liqada 18 qola imza atıb.